Rubio: Ukrayna üzrə yekun qərarı Moskva və Kiyev verəcək
ABŞ dövlət katibi Marko Rubio Ukrayna münaqişəsinin yekun nəticəsinin ABŞ tərəfindən deyil, birbaşa tərəflər — Moskva və Kiyev tərəfindən müəyyən ediləcəyini açıqlayıb.
“Konfliktlər ümumiyyətlə ya bir tərəfin kapitulyasiyası, ya da danışıqlar yolu ilə nizamlanır. Biz heç bir tərəfin kapitulyasiya edəcəyini gözləmirik. Ona görə də münaqişəni bitirə biləcək yeganə yol danışıqlar yolu ilə razılaşmadır”, — deyə Rubio brifinq zamanı bildirib.
//Samir Qurbanov, Editor.az