EN

Dubayı su basdı: Lüks avtomobillər küçələrdə "üzür"

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) ildırımla müşayiət olunan güclü fırtınalar davam edir.

Publika.az xəbər verir ki, leysan yağışları ölkənin ən böyük şəhərlərindən biri olan Dubayın bir sıra ərazilərini su altında qoyub.

Şəhərin küçələri tamamilə su ilə dolub, nəticədə bir çox lüks avtomobil zərər görüb. Avtomobillərin, sözün əsl mənasında, yolboyu üzdüyü görünür.

Güclü külək hotellərin yerləşdiyi çimərliklərə ciddi ziyan vurub. Təhlükəsizlik məqsədilə hakimiyyət orqanları bir neçə şəhər parkını və ictimai çimərlikləri bağlayıb.

Kəskin hava şəraiti ilə əlaqədar “Emirates” və “flydubai” aviaşirkətləri bir sıra reysləri ləğv edib və ya təxirə salıb.

Chosen
41
17
publika.az

10Sources