Milli Məclisin dekabrın 23-də keçiriləcək plenar iclasının gündəliyi açıqlanıb.
"Report"un məlumatına görə, iclasın gündəliyinə 11 məsələnin müzakirəsi daxil edilib.
Həmin məsələlər aşağıdakılardır:
1. "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında 2017-ci il 31 oktyabr tarixli Sazişə Əlavə Protokol"un təsdiq edilməsi barədə qanun layihəsi
2. "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair 2021-ci il 19 fevral tarixli Protokola Əlavə Protokol"un təsdiq edilməsi haqqında qanun layihəsi
3. "Azərbaycan Respublikası Hökuməti ilə Oman Sultanlığı Hökuməti arasında diplomatik, xüsusi və xidməti pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə qanun layihəsi
4. "Ümumi təhsil haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş)
5. "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş)
6. "Məhkəmələr və hakimlər haqqında" və "Məhkəmə-Hüquq Şurası haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş)
7. "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş)
8. "Dövlət rüsumu haqqında" və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş)
9. Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş)
10. Vergi Məcəlləsində, "Sosial sığorta haqqında" və "Dövlət qulluğu haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş)
11. Əmək Məcəlləsində, Cinayət Məcəlləsində, Vergi Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində, "Həmkarlar ittifaqları haqqında", "Sosial sığorta haqqında", "Bələdiyyələrin statusu haqqında", "Valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında", "Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında", "Narkoloji xidmət və nəzarət haqqında", "Gənclər siyasəti haqqında", "Yaşayış minimumu haqqında", "Ünvanlı dövlət sosial yardımı haqqında", "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında", "İşsizlikdən sığorta haqqında", "Əlilliyi olan şəxslərin hüquqları haqqında", "Məşğulluq haqqında" və "Hesablama Palatası haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş)
Milli Məclisin payız sessiyası üzrə növbəti plenar iclası dekabrın 23-də keçiriləcək.
"Report" xəbər verir ki, bu barədə spiker Sahibə Qafarova parlamentin bugünkü plenar iclasının yekununda bildirib.
O qeyd edib ki, növbəti plenar iclasın gündəliyi haqqında əlavə məlumat veriləcək.