EN

Rusiya və Ukrayna arasında hərbçilərin meyitlərinin mübadiləsi oldu

Rusiya və Ukrayna növbəti dəfə hərbçilərin meyitlərinin mübadiləsini həyata keçirib.

Adalet.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski öz teleqram kanalında bildirib.

"İstanbul razılaşmaları çərçivəsində Ukraynaya min hərbçisinin meyiti, Rusiyaya isə 26 hərbçisinin meyiti təhvil verilib", - deyə o yazıb.

Xatırladaq ki, oktyabrın sonunda Rusiya İstanbul razılaşmaları çərçivəsində Kiyevə min hərbçinin meyitini təhvil verib, Ukrayna tərəfi isə 31 meyiti qaytarıb.

Chosen
18
4
adalet.az

10Sources