525.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Almaniya hökuməti 2026-cı ildə infrastruktur investisiyaları və silahlı qüvvələrin modernləşdirilməsi üçün maliyyə bazarlarından rekord səviyyədə borc almağa hazırlaşı.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, federal hökumət rekord miqdarda istiqraz sataraq 512 milyard avro cəlb etməyi hədəfləyir.
Almaniya 2023-cü ildə COVID-19 pandemiyasının və Rusiya-Ukrayna müharibəsinin təsirləri ilə mübarizə üçün 500 milyard avro borc götürüb. Bu rəqəm 2024-cü ildə 439 milyard avroya, 2025-ci ildə 425 milyard avroya qədər azaldığı halda, 2026-cı il üçün nəzərdə tutulan borclanma bütün əvvəlki illəri üstələyir.
Almaniya Maliyyə Agentliyi, təxminən 318 milyard avro dəyərində 30 ilə qədər ödəmə müddəti olan Alman dövlət istiqrazlarının hərrac yolu ilə kapital bazarlarına çıxarılacağını açıqlayıb. Həmçinin 16-19 milyard avro həcmində yaşıl federal istiqrazların buraxılması planlaşdırılır. Federal hökumət gələn il ilk dəfə 20 illik istiqrazlar buraxmağa hazırlaşır və 181,5 milyard avroluq yeni borc alacağını gözləyir.
İbrahim Cəfərov
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.