EN

Putin Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə hazır olduğunu bəyan edib

ain.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Rusiya 2024-cü ilin yayında ölkənin Xarici İşlər Nazirliyinin açıqladığı prinsiplər əsasında Ukrayna münaqişəsini sülh yolu ilə həll etməyə hazırdır və bunu istəyir”.

525.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

O, Rusiyanın sülhə hazır olduğunu, lakin Kiyevin ərazi güzəştlərinə getməyə hazır görünmədiyini bildirib. Əlavə edib ki, Ukrayna əvvəl İstanbul sazişlərini həyata keçirməkdən, indi də münaqişənin sülh yolu ilə həllindən imtina edir. Onun sözlərinə görə, buna baxmayaraq, Moskva müəyyən siqnalları, o cümlədən Kiyevdən gələn siqnalları görür, onların hansısa dialoqa hazır olduqlarını hiss edir və bilir.

Pərvanə Sultanova

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
24
525.az

1Sources