EN

Həkimlərin orta aylıq əməkhaqqı 371% artıb

Baku.ws saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"2020-ci il ilə müqayisədə 2025-ci ildə həkimlərin orta aylıq əməkhaqqısı 1 850 manata çataraq 371 faiz artıb və ölkə üzrə orta əməkhaqqını əhəmiyyətli dərəcədə üstələyib. Bu, həkim əməyinə verilən dəyərin real ifadəsidir. Orta və kiçik tibb heyəti üzrə də əməkhaqları müvafiq olaraq 96, 78 faiz artaraq sabit və proqnozlaşdırılan gəlir səviyyəsinə yüksəlib".

BAKU.WS xəbər verir ki, bu sözləri TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov "TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair" brifinqdə deyib. O qeyd edib ki, səhiyyə işçilərinin sosial rifahının yüksəldilməsi dövlət siyasətinin əsas prioritetlərindən biridir:

"Əldə olunan nəticələr göstərir ki, tətbiq edilən həvəsləndirici mexanizmlər, Vahid Tarif Cədvəlinə (VTC) əsaslanan tarif maaşları və şəffaf əməkhaqqı sistemi tibb işçilərinin sosial rifahının yüksəldilməsinə real töhfə verib. Bu artımlar eyni zamanda səhiyyə sistemində kadrların saxlanılmasını, peşəyə marağın artmasını və xidmət keyfiyyətinin yüksəlməsini təmin edib".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
23
10
baku.ws

10Sources