EN

Məişət zorakılığından zərər çəkən şəxslər bu rüsumlardan azad edilir

Bakı. Trend:

Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətinverilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görədövlət rüsumunun ödənilməsindən azadolmaların əhatə dairəsigenişləndirilir.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin bugünkü plenar iclasındamüzakirə olunan “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklikedilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, məişət zorakılığından zərər çəkmiş şəxsəuzunmüddətli mühafizə orderinin verilməsi barədə ərizə üzrə -məişət zorakılığından zərər çəkmiş şəxs olan ərizəçilər də busiyahıya əlavə ediləcək.

Bildirilib ki, qanun layihəsi məişət zorakılığından zərər çəkmişşəxs olan ərizəçi tərəfindən uzunmüddətli mühafizə orderininverilməsi üzrə məhkəməyə ərizə verilməsi ilə əlaqədar dövlətrüsumunun ödənilməsindən azad edilmə məqsədilə hazırlanıb.

Məişət zorakılığından zərər çəkmiş şəxsə uzunmüddətli mühafizəorderinin (60 gündən 180 gün müddətinədək) verilməsi məişətzorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqdaməhkəmə tərəfindən tətbiq olunur.

Belə ki, məişət zorakılığı törətmiş şəxs verilmiş xəbərdarlığavə qısamüddətli mühafizə orderinin tələblərinə əməl etmədikdə,zərər çəkmiş şəxs, müvafiq icra hakimiyyəti orqanı və ya prokuroruzunmüddətli mühafizə orderinin verilməsi üçün xüsusi icraatqaydasında məhkəməyə müraciət etmək hüququna malikdir. Hazırda"Dövlət rüsumu haqqında" qanuna əsasən xüsusi icraat qaydasındabaxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumumüəyyən edilib, eyni zamanda məhkəmələrə verilən iddia ərizələri,digər ərizələr və ya şikayətlər üzrə büdcə təşkilatları buödənişlərdən azad edilib.

Məişət zorakılığından zərər çəkmiş şəxs olan ərizəçininuzunmüddətli mühafizə orderinin verilməsi ilə əlaqədar məhkəməyəərizə verilməsi üzrə dövlət rüsumundan azad edilməsi onlarınməhkəməyə müraciət imkanlarının artırılmasına yönəlib.

Məişət zorakılığından zərər çəkmiş şəxs dedikdə "Məişətzorakılığının qarşısının alınması haqqında" Qanunda göstərilənşəxslərin birinin digərinə qarşı qəsdən məişət zəminində fiziki,psixi, cinsi zorakılığı, iqtisadi xarakterli qanunsuz hərəkətlərinəticəsində fiziki və ya mənəvi zərər çəkmiş şəxs nəzərdətutulur.

Qanun layihəsi səsverməyə qoyularaq birincioxunuşda qəbul edilib.

Chosen
54
17
az.trend.az

10Sources