EN

Kommersiya hüquqi şəxslərlə bağlı notariat məlumatları EHİS üzərindən ötürüləcək

Bakı. Trend:

Notariat hərəkətləri sirrinin saxlanılması qaydalarındadəyişiklik ediləcək.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin bugünkü plenar iclasındamüzakirə olunan "Notariat haqqında" Qanunda dəyişiklik edilməsibarədə qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlətreyestri haqqında" Qanuna uyğun olaraq kommersiya hüquqi şəxsləriüzrə nizamnamə kapitalındakı payın özgəninkiləşdirilməsi ilə bağlımüqavilələr, nizamnamə kapitalındakı payın vərəsəlik qaydasındadigər şəxsə keçməsi, nizamnamə kapitalındakı payın yüklü edilməsi,təsisçisi və qanuni təmsilçisi eyni şəxs olan kommersiya hüquqişəxsin təsisçisi öldükdə notariat orqanı tərəfindən mirasınqorunması üçün tədbirlər çərçivəsində əmlak idarəçisinin təyinolunması ilə əlaqədar məlumatlar Elektron Hökumət İnformasiyaSistemi (EHİS) vasitəsilə real vaxt rejimində müvafiq icrahakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma)ötürüləcək.

Qanun layihəsi səsverməyə qoyularaq birincioxunuşda qəbul edilib.

Chosen
36
6
az.trend.az

9Sources