"Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin qərar layihəsinin müzakirəsi başa çatıb.
Newscenter.az-ın məlumatına görə, iclasda qeyd olunub ki, qərar qüvvəyə mindiyi gündən dörd ay müddətində amnistiya tətbiq ediləcək.
Milli Məclisin qərar layihəsi səsə qoyularaq qəbul edilib.