Axsham.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Xəbər verdiyimiz kimi, Türkiyədə bu gün səhər saatlarında aparılan narkotik əməliyyatları çərçivəsində sosial media fenomeni Şeyma Subaşı axtarışa verilib.
Axşam.az-ın məlumatına görə, Şeyma məsələ ilə bağlı paylaşım edib. O, hazırda xarici ölkədə olduğunu, yaxın bir tarixdə Türkiyəyə dönəcəyini və saxlanılması ilə bağlı çıxan qərara aydınlıq gətirəcəyini bildirib.
Xatırladaq ki, Şeyma türkiyəli iş adamı Acun Ilıcalının eks-xanımıdır.
Qeyd edək ki, ötən gün saxlanılanlar arasında yer alan aktrisa İrem Sak, blogerlər Danla Bilic, Mümine Senna Yıldız və müğənni Aleyna Tilki daha sonra sərbəst buraxılıb. Bir neçə tanınmış sima xarici ölkələrdə olduqlarına görə barələrində axtarış qərarı verilib.
Bu gün isə aktrisa Ezgi Eyüboğlu saxlanılaraq istintaqa cəlb olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.