EN

Avtoxuliqanlıq edən moped sürücülərinə 4 min manatadək cərimə və inzibati həbs tətbiq ediləcək

Bakı. Trend:

Avtoxuliqanlıq edən moped sürücüləri cərimələnəcək.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin bugünkü plenar iclasındamüzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsihaqqında qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, avtoxuliqanlıq, yəni mopedin sürücüsütərəfindən ictimai qaydanı və əhalinin dincliyininümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadəedən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması iləmüşayiət olunan qərəzli hərəkətlərə cərimə tətbiq ediləcək.

Belə ki:

  • aşkar surətdə iki və ya daha artıq nəqliyyat vasitəsininiştirakı ilə sürət yarışının həyata keçirilməsinə,
  • nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolunsəthindən qaldırmaqla idarə edilməsinə,
  • nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraqtəkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına vəya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə(yol-nəqliyyat hadisəsinin qarşısını almaq məqsədilə nəqliyyatvasitəsini sərt tormozlamaq nəticəsində sürtünmə səslərininçıxarılması və ya təkər izlərinin buraxılması hallarına bumaddəsinin qüvvəsi şamil edilməyəcək)

nəqliyyat vasitəsini idarə etmək hüququ 1 ilmüddətinə məhdudlaşdırılmaqla 500 manatdan750 manatadək məbləğdə cərimə ediləcək və yanəqliyyat vasitəsini idarə etmək hüququ 1 ilmüddətinə məhdudlaşdırılmaqla işin hallarına görə pozuntunutörədənin şəxsiyyəti nəzərə alınmaqla 15 gündən1 ayadək müddətə inzibati həbs tətbiqolunacaq.

Yuxarıda nəzərdə tutulmuş hərəkətlərin inzibati tənbeh almışşəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyəmindiyi gündən 1 il ərzində təkrar törədilməsinəgörə nəqliyyat vasitəsini idarə etmək hüququ 2 ilmüddətinə məhdudlaşdırılmaqla 750 manatdan1000 manatadək məbləğdə cərimə ediləcək və yanəqliyyat vasitəsini idarə etmək hüququ 2 ilmüddətinə məhdudlaşdırılmaqla işin hallarına görə pozuntunutörədənin şəxsiyyəti nəzərə alınmaqla 1 aydan2 ayadək müddətə inzibati həbs tətbiqolunacaq.

Yuxarıda nəzərdə tutulmuş hərəkətlərin yolda müəyyən edilmişhərəkət sürəti həddini 60 km/saatdan artıq aşmaqla törədilməsinəgörə nəqliyyat vasitəsini idarə etmək hüququ 2 ilmüddətinə məhdudlaşdırılmaqla 2 min manatdan4 min manatadək məbləğdə cərimə ediləcək və yanəqliyyat vasitəsini idarə etmək hüququ 2 ilmüddətinə məhdudlaşdırılmaqla işin hallarına görə pozuntunutörədənin şəxsiyyəti nəzərə alınmaqla 1 aydan2 ayadək müddətə inzibati həbs tətbiqolunacaq.

Qanun layihəsi səsverməyə qoyularaq birincioxunuşda qəbul edilib.

Chosen
38
11
az.trend.az

10Sources