Neymarın “Santos” ilə müqavilə imzalaması məsələsi təxirə salınıb.
"Football-plus.az" xəbər verir ki, 33 yaşlı futbolçunun yaxın vaxtlarda dizindən əməliyyat olunacağı xəbəri tərəfləri gözləmə mövqeyinə keçməyə məcbur edib.
“Planeta do Futebol” nəşrinin məlumatına görə, Neymarın atası kluba xəbərdarlıq edərək yeni müqavilənin imzalanması üçün cərrahi müdaxilənin tamamlanmasını gözləməyin daha düzgün olacağını bildirib. Yeni sözləşmənin müddətinin 2026-cı ilin ortalarına qədər nəzərdə tutulduğu bildirilir.
Qeyd edək ki, bir müdət əvvəl Neymarın dünya çempionatında iştirak şansını artırmaq məqsədilə xüsusi həkim müayinələrindən keçəcəyi barədə məlumatlar yayılmışdı.