EN

Durov Böyük Britaniyanın gələcəyindən danışdı

2027-ci ilə qədər Böyük Britaniya ölkənin totalitar rejim altında olduğu "V for Vendetta" adlı distopik trillerdəki hadisələri təkrarlaya bilər.

Publika.az xəbər verir ki, bu barədə "Telegram" messencerinin həmtəsisçisi Pavel Durov "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

Onun sözlərinə görə, film 20 il əvvəl ekranlara çıxanda belə bir ssenari inanılmaz görünürdü.

Durov əlavə edib ki, bu gün başdan-başa şifrələmə texnologiyaları üzərində çalışan bütün tərtibatçıların “düşmən subyektlər” elan edildiyi şəraitdə bu ssenari artıq uydurmadan çox, hökumətin fəaliyyət planına bənzəyir.

Sahibkar qeyd edib ki, "V for Vendetta" filmində hadisələr 2027-ci ildə cərəyan edir və onun fikrincə, Birləşmiş Krallıq hakimiyyəti məhz bu tarixlərə sadiq qalmaqda qərarlıdır.

Chosen
85
30
publika.az

10Sources