EN

Bir neçə saatda bütün formaları satıldı

525.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bir neçə saata bütün formaları satıldı

Fransanın PSJ komandasının rusiyalı qapıçısı Matvey Safonovun bütün formaları bir neçə saata satılıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə klubun rəsmi onlayn mağazası elan yerləşdirib.

Elanda Safonovun adı yazılmış formaların, həmçinin, onunla bağlı olan atributların qalmadığı bildirilir.

Bütün bunlar PSJ-nin bu gecə Qitələrarası kubokunu qazanmasından sonra baş verib. Finalda Braziliyanın "Flamenqo" komandası ilə qarşılaşan PSJ əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatan oyunu penaltilər seriyasından sonra qazanıb. Safonov rəqibin ardıcıl 4 penaltisini qaytarmaqla, matçın qəhrəmanına çevrilib.

Qeyd edək ki, Safonova qədər futbol tarixində heç bir qapıçı ardıcıl 4 penalti zərbəsini qaytarmağa müvəffəq olmamışdı.

L.Tağıyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
70
525.az

1Sources