EN

Rusiyada məşhur kitab satışdan çıxarıldı - Bu səbəbdən

Rusiya kitab mağazaları yazıçı Ursula Le Quinin “Qaranlığın Sol Əli” adlı əsərini satışdan çıxarmağa başlayıb.

Publika.az xəbər verir ki, bu barədə “Ostorojno, Novosti” “Telegram” kanalı məlumat yayıb.

Mənbənin məlumatına görə, ölkənin bir neçə regionunda polis əməkdaşları eyni vaxtda kitab mağazalarına gələrək, əsərin ya “sınaq alışı” adı altında, ya da mağazalara qarşı tərtib edilən protokollara əsasən satışdan çıxarılmasını tələb ediblər. Hüquq-mühafizə orqanlarının xüsusilə Nalçik, Ulyanovsk və Çita şəhərlərindəki mağazalarla əlaqə saxladığı bildirilir.

Qadağanın əsaslandırılmasında “ekspert rəyləri də daxil olmaqla, FSB materiallarına” istinad edildiyi qeyd olunur.

Qanun pozuntularının konkret mahiyyəti açıqlanmasa da, romanın süjetinin ardıcıl hermafroditizmə malik Qış planetinin sakinləri ətrafında qurulduğu vurğulanır. Əsərdə intim münasibətlərin qeyri-ənənəvi formalarda təsvir edildiyi və qeyri-ənənəvi cinsi oriyentasiyalara işarələrin yer aldığı bildirilir.

Chosen
38
50
publika.az

10Sources