EN

Mingəçevirə gedən xarici turistlərin sayı artıb

Yazını böyüt
Yazını kiçilt

Bu ilin ötən dövründə Mingəçevir şəhərindəki 9 hotel və mehmanxana tipli müəssisədə 15113 nəfər turist yerləşdirilib.

Mingəçevir Şəhər Statistika İdarəsindən bildirilib ki, onların 14 min 721 nəfəri Azərbaycan, 392 nəfəri isə xarici ölkə vətəndaşı olub. Bu il şəhərə üz tutan xarici turistlərin sayında artım müşahidə edilir. Belə ki, ötən ilin müvafiq dövründə bu rəqəm 245 olub. Əcnəbi turistlər arasında Belarus, Çexiya, İtaliyadan olanlar üstünlük təşkil edib. Digər turistlər Rusiya, Rumıniya, Bolqarıstan və Almaniyadan olub. Şəhərə daha çox turistin cəlb edilməsi və turizmin inkişafı üçün işlər davam edir.

Mingəçevir Regional Turizm İdarəsindən bildirilib ki, gələn il şəhərin turizm potensialının, həmçinin Mingəçevir və Varvara su anbarlarını birləşdirən Kür çayı üzərindəki 8 adanı əhatə edən Mingəçevir-Varvara Ekoturizm Marşrutunun tanıdılması məqsədilə turizm şirkətlərinin, bələdçilərin, blogerlərin iştirakı ilə infoturların təşkili planlaşdırılır. İnvestorların iştirakı ilə şəbəkələşmə görüşləri də keçiriləcək. Bundan başqa, gələn il 2027-ci il üçün Mingəçevir su anbarından cənubda yerləşən Bozdağ dağ silsiləsi ilə bağlı haykinq marşrutları konsepsiyasının hazırlanması nəzərdə tutulur.

Chosen
59
hafta.az

1Sources