EN

Qubada avtobus ana və azyaşlı qızını vurdu - ÖLƏN VAR

Qubada ana və övladını avtobus vurub.

Avtosfer.az unikal-a istinadən xəbər verir ki, Quba-Xaçmaz marşrutu üzrə hərəkətdə olan sərnişin avtobusu piyada 1998-ci il təvəllüdlü İsrafilova Əminə Sahib qızını vurub. O, Quba rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. 

Qəza zamanı qadının yanında olan azyaşlı övladı da xəsarət alıb. 

Hadisə ilə bağlı araşdırma aparılır. 

Chosen
24
13
avtosfer.az

10Sources