EN

İndiki reallıqlar fonunda 907-ci düzəlişin tətbiqi ilə bağlı bəhanə aradan qaldırılmış olur - Rəy

Yazını böyüt
Yazını kiçilt

"Azərbaycanın Ermənistana ilk neft məhsulları partiyasını göndərməsi iki ölkə arasında ticarət-iqtisadi münasibətlərin mərhələli şəkildə bərpası istiqamətində mühüm addım kimi qiymtləndirilə bilər. Bu addım rəsmi Bakının praktiki əməkdaşlığa hazır olduğunu göstərir və tarixən mövcud olan siyasi və iqtisadi gərginliklərə baxmayaraq münasibətlərin normallaşması istəyini ortaya qoyur".

Bunu Hafta.az-a politoloq Rəşad Bayramov deyib.

R.Bayramov hesab edir ki, bu yanaşma həm iqtisadi asılılığın gücləndirilməsi, həm də ölkələr arasında etimad mexanizmlərinin formalaşması baxımından önəmlidir:

"Bu addım həm də Zəngəzur dəhlizinin tez bir zamanda açılmasının da əhəmiyyətini ortaya qoyur. Belə ki, neft məhsullarının tədarükü Ermənistan üçün katalizator rolunu oynaya bilər, stabil enerji təminatı yaradaraq nəqliyyat və logistika infrastrukturunu stimullaşdırmağa kömək edə bilər. Bu addımın atılmasında digər vacib mçəqam isə 907-ci düzəlişlə bağlıdır. Yeni reallıqlar ABŞ Konqresinin 907-ci əlavəsinin yenidən nəzərdən keçirilməsini aktuallaşdırır".

Politoloq qeyd edib ki, 1990-cı illərin əvvəllərində qəbul edilmiş bu əlavə Azərbaycanın guya ki, Ermənistanı blokadada saxlanılmasına cavab olaraq qəbul edilmişdi və Azərbaycanın yardım almasını məhdudlaşdırırdı:

"Lakin indiki reallıqlar fonunda 907-ci düzəlişin tətbiqi ilə bağlı bəhanə də aradan qaldırılmış olur. İqtisadi inteqrasiya və birgə layihələr bu məhdudiyyətlərin yenidən nəzərdən keçirilməsi üçün zəmin yaradır. Xüsusilə də indiki dövrdə, yəni ABŞ Konqresində 907 ci düzəlişin ləğvi ilə bağlı təşəbbüslərin ortada olduğu bir zamanda bu addımın atılması konqresdə 907-ci düzəlişin ləğvinin tərəfdarlarının mövqelərini gücləndirə bilər".

Politoloq bu mənada hesab edir ki, neft məhsullarının tədarükü sadəcə ticarət əməliyyatı deyil, münasibətlərin normallaşdırılması istiqamətində praktiki addım, ölkələr arasında etibarlı və qarşılıqlı faydalı iqtisadi əlaqələrin qurulmasının göstəricisi, Zəngəzur dəhlizinin reallaşması üçün potensial stimul və eləcə də 907-ci düzəlişin ləğvi istiqamətində atılmış addım kimi qiymətləndirilə bilər.

Tahirə Qafarlı

Chosen
34
hafta.az

1Sources