EN

İtaliya nəhəngi Almaniya millisinin üzvü ilə anlaşdı

"Vest Hem"in və Almaniya millisinin hücumçusu Niklas Fülkruq "Milan"a keçməyə yaxındır.

Fanat.Az xəbər verir ki, bu barədə informasiyanı "La Gazzetta dello Sport" yayıb.

Mənbənin məlumatına görə, tərəflər 32 yaşlı alman futbolçunun transferi ilə bağlı razılığa gəlməyə yaxındırlar. Söhbət sonradan 13-15 milyon avroya almaq hüququ verən icarə müqaviləsindən gedir. 

"Vest Hem" transferin məcburi olmasını tələb edir, "rossoneri" isə bunun üçün müəyyən şərtlərin yerinə yetirilməsini tələb edir.

Fülkruq 2024-cü ilin yayından bəri "Vest Hem"də oynayır və bu mövsüm bütün yarışlarda 9 oyunda iştirak edib, lakin qol vura bilməyib. Alman futbolçunun müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir və transfer haqqı 8 milyon avrodur.

Chosen
108
1
fanat.az

2Sources