EN

Mirmahmud Mirəlioğlunun 18 yaşlı nəvəsi ürəktutmadan vəfat etdi

Mirmahmud Mirəlioğlunun 18 yaşlı nəvəsi ürəktutmadan vəfat etdi

Mərhumun ailəsindən APA-ya bildirilib ki, Mirmahmud Mirəlioğlunun 18 yaşlı nəvəsi ürəktutmasından vəfat edib.

Fəttayev Müşfiq Mirmehdi oğlu bu gün saat 20.00 radələrində avtomobildə olarkən özünü pis hiss edib. Həmin vaxt avtomobildə olan ailə üzvləri onu Sumqayıtda xəstəxananın təcili yardım şöbəsinə aparıblar. Ancaq həkimlərin səyinə baxmayaraq, Müşfiq Fəttayev həyatını itirib.

Müşfiq Fəttayev Bakı Dövlət Universitetinin ikinci kurs tələbəsi olub.

***

Sumqayıtda 18 yaşlı gəncin meyiti aşkarlanıb.

AFN.az “Den.az”a istinadən xəbər verir ki, hadisə şəhərin 30-cu məhəllə adlanan ərazisində qeydə alınıb.

Məlumata görə, 2007-ci il təvəllüdlü Fəttayev Müşfiq Mirmehdi oğlunun cansız bədəni yaxınları tərəfindən yaşadığı evdə tapılıb.

Vəfat edən gəncin tanınmış partiya sədri Mirmahmud Mirəlioğlunun nəvəsi olduğu bildirilir.

Qeyd edək ki, partiya sədrinin oğlu Mirmehdi Fəttayevin iki övladı var.

Onlardan böyüyü 18 yaşlı Müşfiq Fəttayev, kiçik oğlu isə məktəblidir.

Onun ürək tutmasından öldüyü deyilir.

Xatırladaq ki, M.Fəttayevin qızı da 2012-ci ildə vəfat etmişdi.

Chosen
29
10
afn.az

10Sources