EN

Mbappe ilə Yamal liderliyi bölüşürlər

“Transfermarkt” İspaniya La Liqasının ən bahalı futbolçularının siyahısını açıqlayıb.

"Football-plus.az" xəbər verir ki, 1-ci və 2-ci pillələri “Real”ın hücumçusu Kilian Mbappe ilə “Barselona”nın vingeri Lamin Yamal bölüşürlər. Onların transfer dəyəri 200 milyon avrodu.

3-cü yeri isə “Real”ın yarımmüdafiəçisi Cud Bellingem tutur. İngilis futbolçunun dəyəri 160 milyon avro müəyyən edilib.

Chosen
93
1
football-plus.az

2Sources