EN

NATO-nun 2026-cı il üçün hərbi büdcəsi 2,95 milyard avro olacaq

Bakı. Trend:

NATO 2026-cı il üçün mülki və hərbi büdcəsinin həcminiaçıqlayıb.

Trend xariciKİV-ə istinadən xəbər verir ki, alyansın yazılı məlumatına görə,gələn il üçün mülki büdcə 528,2 milyon avro, hərbi büdcə isə 2milyard 420 milyon avro təşkil edəcək.

Beləliklə, NATO-nun ümumi büdcəsi 2 milyard 948 milyon 200 minavro olacaq.

Açıqlamada bildirilib ki, 2026-cı ilin hərbi büdcəsi NATO-nunhərbi adaptasiyasına, müttəfiqlər arasında qarşılıqlı fəaliyyətqabiliyyətinin artırılmasına, böhranların qarşısının alınması vəidarə olunmasına, eləcə də əməkdaşlığa əsaslanan təhlükəsizliyinmöhkəmləndirilməsinə yönəldiləcək.

Məlumata görə, mülki büdcə mülki heyətin saxlanılması, əməliyyatxərcləri və mülki proqramların maliyyələşdirilməsini, hərbi büdcəisə NATO qərargahlarının, dünya üzrə proqramların, missiya vəəməliyyatların icrası ilə bağlı xərcləri əhatə edir.

NATO üzvü olan ölkələr bu büdcələrə ümumi daxili məhsullarına(ÜDM) əsaslanan xərc bölgüsü mexanizmi çərçivəsində töhfə verirlər.Alyansın son sammitində qəbul edilən qərara əsasən, üzvdövlətlərdən müdafiə xərclərini ÜDM-in ən azı 5 faizi səviyyəsinəçatdırmaları tələb olunur.

Məqalədə:
Chosen
108
3
az.trend.az

4Sources