EN

“Real” kimlərdən qurtulmağa hazırlaşır?

Mövsümün sonunda “Real”dan bir çox futbolçunun ayrılmaq ehtimalı var. İspaniya klubu yay “transfer pəncərəsi” ərəfəsində heyətində ciddi dəyişikliklər etməyə hazırlaşır.

"Football-plus.az" xəbər verir ki, rəhbərlik həm gözlənilən səviyyədə çıxış etməyən, həm də əsas heyətin əvəzolunmaz üzvü sayılmayan 8 futbolçunu satışa çıxarmaq qərarına gəlib.

Siyahıda diqqəti cəlb edən bəzi adlar da var. Qapıçı Andrey Lunin, müdafiəçilər Ferlan Mendi və Fran Qarsiya, yarımmüdafiəçilərdən Daniel Sebalyos, Braim Dias və hətta Eduardo Kamavinqa, hücum xəttindən isə Rodriqo ilə vinger Qonsalo Qarsiya satışa çıxarılacaq futbolçuların sırasındadılar.

Klub bu addımla həm transfer büdcəsini artırmağı, həm də maaş yükünü azaltmağı planlaşdırır.

Chosen
59
football-plus.az

1Sources