EN

Ağrıkəsicilərin tez-tez istifadəsinin hansı fəsadları var? - Səhiyyə Nazirliyinin mütəxəssisi açıqlayır

Bakı. Trend:

Ağrıkəsici preparatların uzunmüddətli və nəzarətsiz istifadəsimüxtəlif orqan və sistemlərə ciddi mənfi təsirlər göstərəbilər.

Trend xəbərverir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram”hesabında keçirilən canlı yayım zamanı Səhiyyə NazirliyiElmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun terapevti Vüsalə Məmmədovaaçıqlayıb.

Onun sözlərinə görə, bu preparatlar əsasən simptomatik təsirgöstərir və ağrının əsas səbəbini aradan qaldırmır:

“Qeyri-steroid iltihabəleyhinə dərmanların (QSİƏD) tez-tezqəbulu mədə və onikibarmaq bağırsaqda qastrit, xora və qanaxmariskini artırır. Eyni zamanda, bu preparatlar böyrək perfuziyasınıazaldaraq xroniki böyrək çatışmazlığının inkişafına, arterialtəzyiqin yüksəlməsinə və ürək-damar fəsadlarına səbəb ola bilər.Həkim məsləhəti ilə qısa müddət ərzində istifadə etdikdəağrıkəsicilər faydalı sayılır. Amma uzun müddət, nəzarətsiz, səbəbaraşdırılmadan qəbul edilərsə, sağlamlığa zərər verə bilər”.

V.Məmmədova bildirib ki, dərman dozasının aşılması vəuzunmüddətli istifadəsi qaraciyərdə toksik zədələnməyə, ağırhallarda isə kəskin qaraciyər çatışmazlığına gətirib çıxarabilər:

“Mədəyə qıcıqlandırıcı təsir göstərir. Əgər xora varsa, qanamariski yaradır, qaraciyər və böyrək funksiyalarına neqativ təsirgöstərir. Opioid tərkibli ağrıkəsicilər asılılıq, tənəffüsünləngiməsi və psixoloji problemlər riski daşıyır. Ağrıkəsici ağrınıkəsir, amma səbəbi müalicə etmir. Bundan əlavə, ağrıkəsicilərintez-tez istifadəsi dərman mənşəli baş ağrısı sindromunun inkişafınasəbəb ola bilər. Davamlı və ya təkrarlanan ağrılar zamanı mütləqşəkildə etioloji səbəb araşdırılmalı, müalicə həkim tərəfindənfərdi qaydada planlaşdırılmalıdır”.

Chosen
63
8
az.trend.az

9Sources