EN

Ağrıkəsicilərin tez tez istifadəsinin ziyanı var? AÇIQLAMA

Redaktor.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Ağrıkəsici preparatların uzunmüddətli və nəzarətsiz istifadəsi müxtəlif orqan və sistemlərə ciddi mənfi təsirlər göstərə bilər".

Redaktor.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabında canlı yayım zamanı Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun terapevti Vüsalə Məmmədova bildirdi.

V.Məmmədova bildirib ki, dərman dozasının aşılması və uzunmüddətli istifadəsi qaraciyərdə toksik zədələnməyə, ağır hallarda isə kəskin qaraciyər çatışmazlığına gətirib çıxara bilər:

"Mədəyə qıcıqlandırıcı təsir göstərir. Əgər xora varsa, qanama riski yaradır, qaraciyər və böyrək funksiyalarına neqativ təsir göstərir. Opioid tərkibli ağrıkəsicilər asılılıq, tənəffüsün ləngiməsi və psixoloji problemlər riski daşıyır. Ağrıkəsici ağrını kəsir, amma səbəbi müalicə etmir. Bundan əlavə, ağrıkəsicilərin tez-tez istifadəsi dərman mənşəli baş ağrısı sindromunun inkişafına səbəb ola bilər. Davamlı və ya təkrarlanan ağrılar zamanı mütləq şəkildə etioloji səbəb araşdırılmalı, müalicə həkim tərəfindən fərdi qaydada planlaşdırılmalıdır".

Nuriyyə NATİQQIZI

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
56
8
redaktor.az

9Sources