EN

Berlin müharibəyə hazırlaşır

Britaniyanın "The Financial Times" qəzeti öz mənbələrinə istinadənyazırki, ilkin mərhələdə bu gün Bundestaqda (parlament)50 milyard avro dəyərində rekord hərbi satınalmapaketinin təsdiqlənməsi gözlənilir:

"Paketə hərbçilər üçüngeyim və qoruyucu avadanlıqlar(21 milyard),"Puma"piyada döyüş maşınları(4 milyard),NATO-nun şərq cinahındaAvropanın kəşfiyyat imkanlarını artırmaq məqsədilə hazırlananpeyk sistemləri(2 milyard) daxildir".

Qəzetin gəldiyi qənaətə görə, Almaniyanın öz hərbi xərclərini belə bir səviyyədə artırması bütün başqa səbəblərdən əlavəRusiyanın 2029-cu ilədək NATO-ya hücum ehtimalıilə əlaqədar narahatlığa əsaslanır.

Paytaxt Berlin şəhərində fəaliyyət göstərən "Edina" analitik mərkəzinin direktoru Kristian Mellinqin sözlərinə görə, hazırdaAlmaniyanın prioriteti mənz 2029-cu ilədək bütün ləvazimata yiyələnib hazırlaşmaqdır:

"Tədbirlər çərçivəsində "Bundesver" (Almaniya Silahlı Qüvvələri – red.) 1 milyard avro dəyərində 12 min ədəd silahlı pilotsuz uçuş aparatı (PUA) almağı planlaşdırır. Məlumata görə, bu satınalma prosesi gələn ilin ilin əvvəlində başlayacaq".

Xatırladaq ki, dekabrın 11-də NATO-nun Baş katibi Mark Rutte dünyanı"babalarımızın üzləşdiyi böyük müharibə"yəhazırlaşmağa çağırıb. O vurğulayıb ki, Rusiya yaxın illərdə NATO-ya qarşı hücuma keçəcək. Kremlin mətbuat katibi Dmitri Peskov belə bir iddianı "məsuliyyətsizlik" adlandırıb:"Prezident Vladimir Putin dəfələrlə söyləyib ki, Rusiyanın NATO-ya hücum planı yoxdur".

Firudin Həmidli
AzVision.az
Chosen
42
1
azvision.az

2Sources