EN

Niyazi Bayramov şəhid atasını ziyarət edib - FOTOLAR

44 günlük Vətən müharibəsi zamanı şəhid olan Elşad Fərəcullayevin atası İsa Fərəcullayevin səhhətində yaranan problemlə əlaqədar olaraq Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun tapşırığı ilə o, Abbas Səhhət adına xəstəxanaya yerləşdirilib.

"Unikal" xəbər verir ki, Niyazi Bayramov bu gün şəhidimizin atasını ziyarət edib, onun səhhəti ilə maraqlanıb, aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib və şəhidin atasına Allahdan şəfa diləyib.

Şəhər rəhbəri eyni zamanda sözügedən xəstəxanada müalicə alan şəhid ailələri və müharibə iştirakçıları ilə də görüşüb.

Qeyd edək ki, Fərəcullayev Elşad İsa oğlu 8 noyabr 2020-ci ildə Şuşa istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. O, 17 noyabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn edilib. Elşad Fərəcullayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

 

Chosen
101
22
unikal.az

10Sources