EN

DSX və DGK İrandan Azərbaycana narkotik vasitə keçirilməsinin qarşısını alıb

İrandan Azərbaycana külli miqdarda narkotik vasitə keçirilməsinin qarşısı alınıb.

“Poliqon” xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsi birgə məlumat yayıb.

Dövlət Sərhəd Xidməti (DSX) və Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları tərəfindən Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 24 kiloqram 115 qram narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

2

 

Chosen
31
26
poliqon.az

10Sources