EN

Mehdiyev Abbasov tandemi: Hakimiyyət kölgəsində qurulan İTTİFAQ

Modern.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bəzən tarix məhkəmə zalında yox, arxiv şəkillərində danışır.Bu kadr da onlardan biridir. Qarşımızda Azərbaycan hakimiyyət tarixinin müəyyən mərhələsində formalaşmış siyasi tandemin, qeyri-rəsmi razılaşmaların və təsir dairələrinin vizual ifadəsi əks olunub.Ziyafət ab-havasında çəkilmiş, gülümsəyən simalar, çiyin-çiyinə dayanmış eks-məmurlar… Bu kadrın arxasında Azərbaycan siyasi tarixinin hazırda ən çox müzakirə olunan, ziddiyyətli və qalmaqallı bir dövrü dayanır.

Fotoda əks olunan şəxslər uzun illər dövlət idarəçiliyinin mərkəzində yer almış, qərarların qəbulunda birbaşa və ya dolayı rol oynamış güclər idi: Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev və Baş nazirin keçmiş I müavini Abbas Abbasov.Bu siyasi tandem dövlət idarəçiliyinin müxtəlif mərhələlərində eyni siyasi orbitdə gizli işbirliyində olub. Həmin dövrdə onların qılıncının dalı da, qabağı da kəsirdi...İllər boyu hakimiyyətdə və administrativ strukturlarda kök atmış Mehdiyevlər, Abbasovlar “toxunulmazlıq qalxanı”na malik idilər. Onların gücə sahibləndikləri administrativ aparatla icra hakimiyyəti arasında görünməyən körpülər mövcud idi. Bu körpülər bəzən islahatların qarşısını alır, bəzən isə “amortizator” funksiyası daşıyırdı.Amma gizli qeyri-rəsmi ittifaqlar əbədi deyil.

İllər keçdi. Zaman dəyişdi... Mehdiyev-Abbasov yaxınlğı və işbirliyi indi onların adlarının “dövlət hakimiyyətini ələ keçirməyə yönələn hərəkətlər” ittihamı üzrə birgə hallanmasına səbəb olub.Bu foto bir dostluq kadrı kimi yox, bir siyasi dövrün güzgüsü kimi oxunmalıdır. O dövrün ki, orada vəzifə qanundan, münasibət isə institusiyadan güclü idi. Bu gün həmin dövr müzakirə olunur, təhlil edilir və bəziləri üçün hüquqi müstəviyə daşınır. Necə ki, biri ev dustağıdır, digəri barəsində axtarış elan olunub...A.Qorxmaz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
29
2
modern.az

10Sources