EN

Rejissor çəkdiyi serialın bitdiyini TV dən öyrəndi FOTO

Milli.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Yeni yayım mövsümündə efirə çıxan Gözleri Karadeniz serialı üçün final qərarı verilib.

Milli.Az xəbər verir ki, serial 16.12.2025 tarixində yayımlanan bölümü ilə ekranlarla vidalaşıb.

Qərar serial yayımlanan zaman məlum olub. Ekranda "final" sözünü görən aktyor heyəti və yaradıcı qrup bu xəbəri ilk dəfə televiziyadan öyrənib. Bu hal komandanı təəccübləndirib.

Serialın rejissoru Altan Dönmez də qərarı son anda öyrəndiyini bildirib. O, sosial şəbəkə hesabında paylaşım edərək vəziyyətə etirazını bildirib və komandanın əməyini vurğulayıb.

Rejissor qeyd edib ki, serial üzərində böyük əzmlə çalışan komanda bu cür xəbərdarlıq edilmədən verilən qərarı haqq etmirdi. O, bütün heyətlə işləməkdən qürur duyduğunu deyib.

Altan Dönmezin paylaşımı sosial şəbəkələrdə geniş rezonans doğurub. Tamaşaçılar və serialın pərəstişkarları komandanı dəstəkləyən çoxsaylı mesajlar paylaşıblar.

İsmayıl

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
23
1
news.milli.az

10Sources