Bakı. Trend:
Bakının Yasamal rayonunun bəzi ərazilərində qaz təchizatıdayandırılacaq.
Trend xəbər verir ki, bubarədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz"İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, bu gün saat 10:00-dan etibarən Yasamal rayonununM.Şərifzadə, A.Abbasov, X.Mustafayev, H.Zərdabi, X.Dadaşov,V.Əliyev, Z.Kərimov, N.Hikmət və 7, 8 və 9-cu Sallaqxanaküçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.