EN

Bakıda 17 elektrik doldurma cihazından 2-si işləyən “şarj məntəqəsi” – VİDEO

17 elektrik doldurma cihazından yalnız ikisi işlək vəziyyətdədir, 15-i suyun altında qalaraq xarab olub…

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, görüntülər Bakı Olimpiya Stadionunun yaxınlığında yerləşən elektrikdoldurma məntəqəsindəndir.

Elektromobillərin enerji doldurması üçün nəzərdə tutulan məntəqənin ərazisinə kanalizasiya sularının dolmasını əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb. Kadrlarda sürücülərin məntəqəyə yaxınlaşa bilmədikləri görünür.

Sürücülər deyirlər ki, yağmurlu hava şəraitindən sonra ərazidən nəinki keçmək, hətta avtomobil saxlmaq belə mümkün olmur.

Vəziyyətdən narazılıqlarını bildirən sürücülərin sözlərinə görə, hazırda ərazinin təmizləməsi üçün heç bir iş aparılmır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Chosen
54
9
nocomment.az

10Sources