EN

İlin ən yaxşı futbolçusu seçildi

FIFA-nın 2025-ci il üzrə “The Best” mükafatının qalibi açıqlanıb. Metbuat.az xəbər verir ki, mükafata 2025-ci il "Qızıl top" mükafatının qalibi olan PSJ və Fransa millisinin hücumçusu Usman Dembele layiq görülüb. O, səsvermədə Lamin Yamal, Kilyan Mbappe və digər futbolçuları qabaqlayıb.

Qeyd edək ki, ötən mövsüm Usman Dembele PSJ ilə Fransa çempionu, Fransa Kuboku və Fransa Super Kuboku tituluna yiyələnib. O, həmçinin UEFA Çempionlar Liqası kubokunu qazanıb. Futbolçu Fransa millisi ilə FIFA Klublararası Dünya Çempionatının finalında iştirak edib.

Chosen
103
metbuat.az

1Sources