EN

Balakəndə 2 maşın TOQQUŞDU: ölən və yaralananlar var YENİLƏNİB2

Lent az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Dünən Balakəndə baş verən ağır yol qəzasında ölənlərin sayı ikiyə çatıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, qəza zamanı müxtəlif  dərəcəli ağır bədən xəsarətləri alan rayonun Yeni Şərif kənd sakini 31 yaşı Şamil Saxalov 16 dekabr axşam saatlarında müalicə aldığı Balakən Rayon Mərkəzi Xəstəxanasında (RMX) dünyasını dəyişib.

***

19:05

Balakəndə baş verən qəzada bir nəfər ölüb.

Lent.az xəbər verir ki, “VAZ-2106”nın sürücüsü, 30 yaşlı Əyyub Anqbazov aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Digər nəqliyyat vasitəsinin sürücüsü 22 yaşlı Rufan Bayramov və “VAZ-2106”da olan sərnişin, 31 yaşlı Şamil Saxalov isə xəsartət alıblar.  

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Lent.az-a bildirilib ki, faktla bağlı Balakən Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar aparılır.

***

saat 18:06

Balakəndə yol qəzası baş verib. 

Lent.az xəbər verir ki, hadisə bu gün saat 17 radələrində rayonun Talalar kəndi ərazisində qeydə alınıb.  

İlkin məlumata görə, hərəkətdə olan “VAZ 2106” və “VAZ 21015” markalı iki minik avtomobili toqquşub.

Qəza zamanı 4 nəfər xəsarət alıb.

Yaralılar Balakən rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Balakən rayon Polis Şöbəsində araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
80
8
lent.az

10Sources