EN

Dünyada ilin ən yaxşı futbolçusu rəsmən elan edildi

ain.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dünyada ilin ən yaxşı futbolçusu rəsmən elan edildi

PSJ-nin və Fransa millisinin hücumçusu Usman Dembelé 2025-ci ilin ən yaxşı futbolçusu adına layiq görülüb. 

QOL.az xəbər verir ki, bu haqda PSJ-nin yaydığı məlumatda bildirilib.

28 yaşlı oyunçu FIFA The Best mükafatının qalibi olub.

Mükafat uğrunda «Barselona»nın hücumçusu Lamin Yamal və «Real»ın forvardı Kilian Mbappe də mübarizə aparıb.

Qeyd edək ki, 28 yaşlı Dembele 2024/25 mövsümünün yekunlarına əsasən «Qızıl top»un da sahibi olub. O, ötən mövsüm «PSJ»nin heyətində Fransa çempionluğu, Fransa Kuboku, Fransa Superkuboku və UEFA Çempionlar Liqasını qazanıb.

2024/25 mövsümündə Usman Dembele bütün turnirlərdə Paris təmsilçisinin heyətində 53 oyuna çıxıb, 35 qol vurub və 16 məhsuldar ötürmə edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
70
1
qol.az

2Sources