Braziliyada yeniyetmə qətli videoya çəkmək üçün polisə gec xəbər verib.
İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Braziliyada dəhşətli qətl hadisəsi baş verib. Qətlə şahid olan 15 yaşlı yeniyetmə cinayəti əvvəlcə bir neçə dəqiqə ərzində videoya çəkib, yalnız bundan sonra polisə məlumat verib.
Məlumata görə, səhər saatlarında gəzintiyə çıxan gənc qışqırıq səsləri eşidib. O, hasarın yarığından baxarkən çılpaq halda olan yaşlı kişinin qadını bita ilə amansızca döydüyünü görüb.
Polis hadisə yerinə çatanda artıq gec olub, zərərçəkən aldığı xəsarətlərdən dünyasını dəyişib. İstintaqın ilkin versiyasına görə, 64 yaşlı kişi 42 yaşlı sevgilisini qısqanclıq zəminində öldürüb.

Xuraman Etibarlı
İnterpress.az