"Real Madrid"in ulduz futbolçusu Kilian Mbappe məhkəmədə PSJ-yə qalib gəlib. Fransa məhkəməsi PSJ klubunun 26 yaşlı futbolçuya təzminat ödəməsinə dair qərar çıxarıb. Metbuat.az xatırladır ki, Mbappe 2024-cü ilə kimi Paris klubunun formasını geyinib. O, ötən il qalmaqallı şəkildə İspaniya klubuna keçib. Maaşının ödənilmədiyini və reputasiyasının zədələndiyini iddia edən təcrübəli futbolçu məhkəməyə müraciət edib. Bu gün məhkəmə PSJ-nin ulduz futbolçuya 61 milyon avro təzminat ödəməsinə dair qərar çıxarıb.Qərarda bu məbləğin 55 milyonu ödənilməyən maaş kimi göstərilib. 6 milyon avro isə gecikmələrə görə faiz olaraq hesablanıb.