Bakı. Trend:
Bu gün ən geniş yayılan qeyri-infeksion xəstəliklərin əsassəbəblərindən biri məhz zərərli vərdişlərdir. Tütün istifadəsi, adisiqaret çəkmə ilə bağlı risklər artıq cəmiyyətin hər bir üzvünəməlumdur.
Trend xəbərverir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin üzvü SoltanMəmmədov elektron siqaretlərə tətbiq ediləcək qadağalarla bağlıjurnalistlərə açıqlamasında deyib.
Millət vəkilinin sözlərinə görə, hər bir uşaq da, hər bir yetkininsan da anlayır ki, siqaret çəkmə ağciyər xərçəngi və digər ağırxəstəliklərlə nəticələnir:
“Ümumdünya Səhiyyə Təşkilatının açıqladığı statistik rəqəmlərəbaxdıqda görürük ki, təəssüf ki, hətta bir sıra inkişaf etmişölkələrdə belə elektron siqaretlərin istifadəsi xüsusilə yetkinlikyaşına çatmamış uşaqları əhatə edir.
Elektron siqaretlərin istifadəsi yetkinlik yaşına çatmamışşəxslərlə yetkin insanlar arasında təxminən 10 dəfəyə qədər dahayüksəkdir. Bu isə onu göstərir ki, bir çox uşaqlar adi tütünməmulatlarından istifadə etməsələr belə, birbaşa elektronsiqaretlərə yönəlirlər”.
Deputat bildirib ki, təqdim olunan yenu qanun layihəsi məhztütün məmulatlarının təsnifatının dəqiqləşdirilməsinə xidmətedir:
“Yəni, hansı məhsullar tütün məmulatı sayılır, hansılarıqızdırılan tütün məhsullarıdır və elektron siqaretlər hansıkateqoriyaya aiddir — bütün bunlara hüquqi aydınlıq gətirilir”.
S.Məmmədov əlavə edib ki, elektron siqaretlərin idxalı vəistifadəsi ilə bağlı qadağalar da dünya təcrübəsi nəzərə alınmaqlatətbiq olunur:
“Bir sıra ölkələrdə elektron siqaretlərin istifadəsi tam qadağanedilib, bəzi ölkələrdə isə ciddi tənzimləmə mexanizmləri tətbiqolunur — istifadə sahələri məhdudlaşdırılır və ya tərkibinətənzimləmə tətbiq edilir.
Ölkəmizdə tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılmasıilə bağlı qanunun tətbiqi təkcə bu gün üçün deyil, gələcəknəsillərin sağlamlığının qorunmasına yönəlmiş addımdır. Buçərçivədə elektron siqaretlərin qadağan olunması, xüsusilətərkibində çoxsaylı kanserogen maddələr olan, nikotinin az və yaheç olmadığı halda belə digər zərərli kimyəvi maddələrlə zənginolan bu vasitələrin istifadəsinin qarşısının alınması bir sıraxəstəliklərin artmasının qarşısını almağa xidmət edir.
Dünya təcrübəsi, Ümumdünya Səhiyyə Təşkilatının statistikgöstəriciləri və ölkəmizdə mövcud olan rəqəmlər bu məsələnin nəqədər ciddi olduğunu göstərir. Elektron siqaretlərin xüsusiləməktəblilər arasında yayılması artıq ciddi bir çağırışdır. Tütünməmulatlarının təsnifatının dəqiqləşdirilməsi çox düzgün və vacibaddımdır”.
O qeyd edib ki, istənilən qanunun effektiv icrası üçünqadağaların pozulmasına qarşı sanksiyalar mütləqdir. Cərimələrinməbləği və digər mexanizmlər isə qanun qəbul edildikdən sonramüvafiq normativ-hüquqi aktlarla tənzimlənəcək.