Bakı. Trend:
Azərbaycan Ədəbiyyatı Fondu “Qərbi Azərbaycan əsərlərdə”layihəsinin icrasını davam etdirir.
Trend bu barədəQeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə istinadənxəbər verir.
Layihə çərçivəsində “İrəvanda xal qalmadı” adlı roman nəşrəhazırlanır. Fondun rəhbəri, yazıçı Varis Yolçuyev bildirib ki,roman XIX əsrin əvvəllərində Azərbaycan torpaqlarının Çar Rusiyasıtərəfindən işğalına həsr edilib.
Romanda mühüm tarixi arxiv materiallarından istifadə edilib. Əsərdəİrəvan xanlığının timsalında bu işğalın maddi və mənəviməhrumiyyətlərə səbəb olan nəticələri, xüsusilə Azərbaycanın tarixitorpaqları hesabına Çar Rusiyasının erməni dövləti yaratmasıprosesi yüksək bədii-estetik dildə ifadə edilir. Bu milli faciənindoğurduğu fəlakət bir-birini sevən iki gəncin — Uluxan və Selcanınməşəqqətli həyat hekayəsi fonunda təsvir olunur.
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət DəstəyiAgentliyidir.