EN

1,5 milyon nəfərə ŞAD XƏBƏR – onlara 40%-dək endirimlər tətbiq ediləcək

Respublika üzrə təqaüdçülər, yaşa və əlilliyə görə pensiya alanlar, qazilər, veteranlar, şəhid ailələri və ailə başçısını itirməyə görə sosial müavinat alan şəxslər üçün yeni güzəştlər tətbiq olunacaq. Artıq seçilmiş marketlər, apteklər və klinikalarda 40%-dək endirimlər mövcud olacaq.

Day.Az xəbər verir ki, endirimlərdən yararlanmaq üçün şəxslər telefonlarına e-Sosial mobil tətbiqini yükləyərək qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan sonra tətbiqdə şəxsin fərdi barcodu yaranır və kassada ödənişdən əvvəl kassirə təqdim etməklə endirim əldə etmək mümkündür.

"Sosial tərəfdaş" Layihəsi Dövlət Sosial Müdafiə Fondunun təşəbbüsü ilə həyata keçirilir və məqsəd sosial ödəniş alan şəxslərin rifahını yaxşılaşdırmaq, gündəlik xərclərini azaltmaqdır.

Chosen
58
1
day.az

2Sources