Müğənni Rəqsanənin özü kimi sənət yolunu seçən qızı Yağmurun (Yana) Rusiyada yaşayan azərbaycanlı müğənni ilə əl-ələ çəkilmiş səmimi görüntüləri sosial şəbəkələrdə yayılıb.
Â
Qısa müddətdə diqqət çəkən video geniş müzakirələrə səbəb olub.
Â
Paylaşılan kadrlar izləyicilər arasında müxtəlif fikirlərin səslənməsinə yol açıb. Sosial şəbəkə istifadəçilərinin bir qismi görüntülərdəki yaxınlığı əsas gətirərək ikili arasında eşq münasibətinin ola biləcəyi ilə bağlı iddialar irəli sürüb.
Â
Məsələ ilə bağlı tərəflərdən hələlik açıqlama verilməyib. Buna baxmayaraq, yayılan görüntülər sosial mediada ən çox danışılan mövzulardan birinə çevrilib./Milli.az/
Â