EN

“Gənclər apteklərdən narkotik maddə alıb çəkir”

“Gənclər nəinki siqaret, həm də apteklərdən narkotik maddə alıb çəkir”.

Redaktor.az xəbər verir ki, bunu deputat Eldar İbrahimov Milli Məclisin Aqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin bu gün keçirilən birgə iclasında müzakirəyə çıxarılan “Tütün və tütün məmulatı haqqında” Qanuna təklif olunan dəyişikliyin müzakirəsi zamanı bildirib.

“Nəzarət eləmək olmur. Gərək biz hamılıqla bu məsələyə nəzarət edək. Ən vacib məsələ, bu qanunun yerinə yetirilməsi üçün mexanizm olsun”, - deyə millət vəkili qeyd edib.  

Chosen
51
5
redaktor.az

9Sources