"Elektron siqaretlərin qadağan olunması bizi gələcəkdə gözləyən daha böyük təhlükələrin bəri başdan önlənməsinə xidmət edən proflaktik addım kimi olduqca əhəmiyyətlidir".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə 3 komitənin birgə iclasında parlamentin Əmək və sosial siyasət komitəsinin sədri, deputat Musa Quliyev deyib.
Komitə sədri bildirib ki, tütün məmulatları, tütün məmulatlarının istifadəsinin məhdudlaşması, onun reklamının qadağan olunması haqqında bizim bir neçə qanunlarımız var:
"Təəssüflər olsun ki, qaununlarımız kifayət qədər hüquqi cəhətdən əsaslandırılmış və mükəmməl qanun olsa da, onun işləməsi haqqında bu sözləri deyə bilmirik. Xüsusilə “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunumuz demək olar ki, işlənilmir. Qanunun işləməsinə nəzarət edən qurumlar da bu nəzarəti kifayət qədər aparmırlar. Məktəblərin lap yaxınlığında köşklər qoyulub və siqaretlər satılır. Hətta dənə-dənə satılır. Bunlar hamısı qanunun ciddi şəkildə pozulmasıdır".
Anar Kəlbiyev