Bakı. Trend:
Rusiyanın Kamçatka diyarında 5 bal gücündə zəlzələ başverib.
Trend xəbər verirki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid GeofizikaXidmətinin Kamçatka filialı məlumat yayıb.
Seysmoloji hadisənin episentri Petropavlovsk-Kamçatsk şəhərindən218 kilometr məsafədə baş verib. Zəlzələnin yeraltı ocağı 58,3kilometr dərinlikdə olub.
Ölənlər və dağıntılar barədə məlumat yoxdur.