EN

Qarabağ Universitetində gənclər üçün intellektual liqa keçiriləcək

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən  “Konstitusiya və Suverenlik ili”nə həsr olunmuş qrant müsabiqəsində qalib olmuş "Konstitusiya Kuboku: Qarabağ Gənclərinin İntellekt Liqası” layihəsi start götürüb. 

Qarabağ Universitetində keçiriləcək layihənin əsas məqsədi region gəncləri arasında hüquqi Konstitusiya dəyərlərinin artırılması, ümummilli lider Heydər Əliyev irsinin və ulu öndərin həyat və fəaliyyəti kimi mövzularda gənclərin məlumat bazasını artırmaq və bu məlumatları interaktiv formatda gənclərə aşılamaqdır.

Layihə çərçivəsində Qarabağ Universitetinin tələbələri arasında 3 olmaqla "Nə? Harada? Nə Zaman? intellektual oyunu keçiriləcək. 

Layihənin 9, 10 və 11 yanvar 2026-ci il tarixində Qarabağ Universitetində keçirilməsi nəzərdə tutulub.

"Cebheinfo.az"

Chosen
14
5
cebheinfo.az

7Sources