Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində Nəzirxan Ağaxanovu oğurlayaraq üzərində nalayiq hərəkətlər etməklə ona xəsarətlər yetirən dəstənin üzvü - Kamran Rzayevin məhkəmə prosesi başa çatıb. Teleqraf-ın əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, K.Rzayev 10 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, bu dəstənin digər üzvləri - Səlim Əliyev, Murad Rzayev, Şücaət Rzayev, Samir Hüseynov, Əhməd Əzizov, Müştəba Əliyev, onun oğlu Təbriz Əliyevin cinayət işi ayrıca icraatda aparılıb.
İstintaqla müəyyən edilib ki, Sabunçu rayonunun Zabrat qəsəbəsinin sakini Nəzirxan Ağaxanov “TikTok”dakı hesabında kriminal aləmdə “Rövşən Lənkəranski” kimi tanınan mərhum “Qanuni oğru” Rövşən Caniyev haqqında xoşagəlməyən ifadələrin yer aldığı video paylaşıb.