ain.az, Lent az portalına istinadən məlumat verir.
Qubada 80 gün əvvəl qəzaya düşən sürücü ölüb.
Lent.az xəbər verir ki, hadisə sentyabrın 26-da Ağbil kəndinin ərazisində qeydə alınıb.
Kənd sakini Ceyhun Ələnməd oğlu Yusifov idarə etdiyi “VAZ-21011” markalı avtomobili ağaca vurub. Nəticədə sürücü və sərnişini 24 yaşlı Asim Asəf oğlu Qafarov xəstəxanaya yerləşdiriliblər.
Görülən tədbirlərə baxmayaraq, C. Yusifov orada ölüb.
Faktla bağlı araşdırma aparılır.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.