EN

Ölkədə 4 milyon vətəndaşı əhatə edən 5 sosial islahat paketi icra olunub - Nazir

Bakı. Trend:

2018-ci ildən etibarən ölkədə 4 milyon vətəndaşı əhatə edən 5sosial islahat paketi icra olunub.

Trend xəbərverir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevbu gün Bakıda keçirilən Azərbaycan Həmkarlar İttifaqlarıKonfederasiyasının (AHİK) VIII Qurultayında çıxışında bildirib.

Onun sözlərinə görə, Azərbaycanda sosial sahədə genişmiqyaslı vədavamlı islahatlar həyata keçirilir:

"Əhalinin sosial rifahına cavab verən yeni mexanizmlərformalaşdırılır, vətəndaşların sosial təminatı dövlət siyasətininprioritet istiqaməti olaraq daim diqqət mərkəzində saxlanılır.2018-ci ildən etibarən ölkədə 4 milyon vətəndaşı əhatə edən 5sosial islahat paketi icra olunub. Bu islahatların illik əlavəmaliyyə yükü 7,6 milyard manat təşkil edib.

Əmək münasibətlərinin leqallaşması istiqamətində mühümirəliləyişlər əldə olunub. Əmək müqavilələrinin sayı 45% artaraq1,9 milyona çatıb, ölkə üzrə əməkhaqqı fondu isə 3,2 dəfəyüksəlib.

Minimum əməkhaqqı 3,1 dəfə artırılaraq 400 manata, orta aylıqəməkhaqqı isə 2 dəfə artaraq 886 manata çatdırılıb. Minimum pensiya2,9 dəfə artırılaraq 320 manata, orta aylıq pensiya isə 2,6 dəfəartaraq 540 manata yüksəlib.

Bununla yanaşı, əhaliyə ödənilən müavinətlər və Prezidenttəqaüdləri üzrə ödənişlərin həcmi 5 dəfə artıb. Bu göstəricilərölkədə həyata keçirilən sosial islahatların əhəmiyyətli nəticələrverdiyini təsdiqləyir".

Məqalədə:
Chosen
78
2
az.trend.az

3Sources