BAKI, 16 dekabr. TELEQRAF
"Bu qurultay konfransın ötən dövrdə gördüyü işlərin təhlili, əldə olunmuş nailiyyətlərin dəyərləndirilməsi və qarşıdakı mərhələdə təşkilatın fəaliyyətinin daha da təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir".
Teleqraf xəbər verir ki, bunu Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayında baş nazirin müavini Şahin Mustafayev deyib.
O bildirib ki, bu qurultay təşkilatın daha güclü, dayanıqlı və müasir dövrün tələblərinə uyğun fəaliyyət göstərməsinə, sosial yönümlü missiyasının daha da mükəmməlləşdirilməsinə xidmət edəcəkdir.